Nobre yenidən “Fənərbaxça”ya keçə bilər
27.12.2012 - 05:20
“Mersin İdman Yurdu”nun hücumçusu Mərt Nobre yenidən sabiq komandasının heyətində çıxış etməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu ilə “Fənərbaxça” yaxından maraqlanır. Artıq İstanbul klubunun rəhbərliyi Nobreyə təklif də göndərib.
Bu xəbəri “sanbaçı”nın özü də təsdiqləyib. Onun yaxın günlərdə “sarı-bülbüllər”in heyətinə keçidi reallaşa bilər. Lakin hazırkı klubu buna icazə verərsə, onda Mərt yanvar ayından etibarən “Fənərbaxça”nın formasını geyinəcək.
“Bəli, mənim “Fənərbaxça”ya transferim reallaşa bilər. Amma bu “Mersin İdman Yurdu”nun rəhbərliyinin verəcəyi qərardan sonra bəlli olacaq. İstanbul klubu ilə mənim menecerim görüşüblər. Mən bunu həmişə demişəm. “Fənərbaxça”da oynamaq istəyirəm və o komandaya da faydalı olacağıma əminəm”.
Qeyd edək ki, Mərt Nobre 2004-2005, 2005-2006 mövsümündə “Fənərbaxça”nın heyətində çıxış edib. O, 77 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 37 qol keçirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0