“Neftçi”nin Antalyaya gedəcəyi tarix dəqiqləşdi
27.12.2012 - 12:04
“Neftçi” futbolçularını istirahət buraxıb. Apasport.az saytının məlumatına görə, komanda üzvləri yanvarın 6-da yenidən bir araya gələcəklər.
Komandanın Antalyaya təlim-məşq toplanışına gedəcəyi tarix də dəqiqləşib. “Neftçi” yanvarın 11-dən etibarən Türkiyədə hazırlığa başlayacaq. İki mərhələli hazırlıq fevralın 3-də başa çatacaq. Bu müddətdə “ağ-qaralar” bir neçə yoxlama görüşündə qüvvəsini sınayacaq. Həmin komandalardan ikisinin Xorvatiyanın “Hayduk” və Polşanın “Poloniya” klubları olacağı deyilir.
Qeyd edək ki, “Neftçi” ilkin toplanış müddətində Bələkdəki “Mardan Palace” otelində məskunlaşacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0