“Milanın Azərbaycan klubuna keçidi müzakirə mövzusu deyil”
27.12.2012 - 16:25
Polşa milli komandasının sabiq futbolçusu Sebastyan Milanın meneceri Daniel Veber yarımmüdafiəçinin Azərbaycan klublarından birinə keçməsi ehtimalına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Veber “Şlensk” klubunun kapitanının bu addımı atacağını inandırıcı saymır.
Polşa və Azərbaycan mətbuatında Milanın ölkəmizə gələcəyi haqda xəbərlər dolaşsa da menecer bunu mümkünsüz sayır: “Polşanın güclülər dəstəsi klubları Milanın nəyə qadir olduğunu bilir. Bu üzdən yerli klublardan da Sebastyana təkliflər var. Lakin onun xarici kluba keçidi də istisna deyil. Azərbaycan klubuna keçidi isə hazırda müzakirə mövzusu deyil”.
Qeyd edək ki, 30 yaşlı futbolçu 5 ildir “Şlensk”də çıxış edir. Mila vaxtı ilə vətənində LKS, “Visla”, “Qrotslin”, “Legiya”, həmçinin “Volerenga” (Norveç), “Austriya” (Avstriya),kimi klubların formasını geyinib. O, sonuncu dəfə ötən il çağırıldığı Polşa yığmasında 30 matça 6 qol vurub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0