Sebastyan Mila: Heç kimə lazım olmasam, Azərbaycana gedəcəm
28.12.2012 - 12:27
“Azərbaycan klubundan təklif almağım düzdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa millisinin sabiq futbolçusu Sebastyan Mila deyib.
Ölkə çempionu “Şlensk”in kapitanı maddi məsələlərdə komandası ilə razılaşmadığından klubunu tərk edir. Onun müştəriləri arasında Azərbaycan çempionu “Neftçi”nin olduğu, hətta bakılıların Milaya 450 min avro təklif etdiyi bildirilir.
Mila bu təklifi qəbul etməyə hazır olduğunu açıqlayıb: “Hələlik yanvarı, “transfer pəncərəsi”nin açılmasını gözləyirəm. Başqa təkliflər olsa, qəbul edəcəyəm. Lakin heç bir komandaya lazım olmayacağım halda, Azərbaycana gedəcəyəm”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0