Cavid İmamverdiyevin oynadığı komanda turnirin qalibi oldu
30.01.2013 - 09:48
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin heyətində oynadığı “Dinamo-2” Oleq Makarovun xatitəsinə həsr olunan turnirin qalibi olub. Apasport.az saytının məlumatına görə, Ukraynanın I liqasında çıxış edən “Dinamo”nun ikinci komandası finalda II liqanın lideri “Desna”ya 3:1 hesabı ilə qalib gəlib.
Kiyev “Dinamo”sunun bazasının manejində keçirilən matçda futbolçumuz oynamayıb. Yarımmüdafiəçi “Neftçi”yə qayıtdıqdan sonra millimizin Dubaydakı təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, İmamverdiyev turnirdə yanvarın 23-də “Dinamo”nun gənclərdən ibarət komandası ilə 2:2 hesabı ilə nəticələnən oyunun ikinci hissəsində meydana çıxaraq debüt edib.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0