Tallinndə itirilənlər
16.11.2013 - 12:57
Azərbaycan milli komandası FİFA reytinqində xal itkisi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 15-də Tallinndə Estoniya yığması ilə yoldaşlıq oyunundakı 1:2 hesablı məğlubiyyət komandamıza mənfi təsir edib.
Belə ki, reytinqdə 88-ci olan Berti Foqtsun yetirmələrinin hesabındakı 407 xal nəzərə çarpacaq dərəcədə azalıb. Tallinndəki məğlubiyyətdən sonra bu rəqəm 380-ə düşüb. Bir sözlə, komandamız uduzmaqla 27 xal itirib.
Planetin 99-cu komandası olan Baltikyanı ölkə təmsilçisi isə qələbə sayəsində ümumi balansa 336 xal yazıb. Bu isə reytinq cədvəlində 8 xalın qazanılması deməkdir. Əvvəl 351 xalı olan Estoniya indi 359 xala malikdir. Bu isə onu göstərir ki, rəqibimiz qalib gəlsə də yığmamıza çata bilməyib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0