Milli itki ilə üzləşdi: UEFA-dan “Bakı”nın futbolçusuna cəza
16.11.2013 - 13:20
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun futbolçusu Şəhriyar Əliyev cəzalanıb.
21 yaşlı müdafiəçi Avro-2015-in Makedoniya ilə seçmə oyununda (0:1) sarı vərəqə almaqla cəzalı duruma düşüb. Belə ki. cəmi 3 oyuna çıxan Şəhriyar bunadək 1 dəfə də xəbərdarlıq almışdı. Əliyev oktyabrın 10-da Norveçlə səfər matçında (3:1) ilk xəbərdarlığını almışdı. Bu dəfəki sarı vərəqə isə onun UEFA-nın yarış üçün əsasnaməsinə görə cəzalanması ilə nəticələnib.
Qeyd edək ki, Şəhriyarın buraxacağı oyun gələn il iyunun 5-də baş tutacaq. Həmin gün millimiz Bakıda Norveçi qəbul edəcək.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0