Fərid Quliyev həvəskar komandaya qol vura bilir
18.11.2013 - 16:45
Milli komandamızın sabiq hücumçusu Fərid Quliyev “Kahramanmaraşspor”da növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, futbolçumuz yenə yalnız yoxlama görüşündə meydana çıxıb.
Dünən “Kahramanmaraşspor” millilərin oyunları ilə əlaqədar yaranmış fasilə ilə bağlı gücünü sınamaq qərarına gəlib. Kahramanmaraş təmsilçisi bazasında həvəskar komanda olan “Türkoğlu Bələdiyyəspor”u qəbul edib. Görüş 5:0 hesabı ilə başa çatıb. Qollardan birini Fərid Quliyev vurub.
Qeyd edək ki, Fərid Quliyev ötən ay İraqın “Suleymani” klubu ilə yoxlama matçında fərqlənsə də, çempionat oyunları zamanı meydana çıxa bilmir. Futbolçu yerli mətbuata verdiyi açıqlamasında bunu zədələnəcəyini əsas gətirərək özünün istəməməsi ilə əlaqələndirir. Elədirsə, sual doğur: yoxlama matçlarında və ya əvəzedici komandada oynayanda zədələnmək mümkünsüzə çevrilir?...

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0