Riberi: Özümü heç vaxt belə güclü hiss etməmişəm
18.11.2013 - 21:15
Fransa milli komandasının futbolçusu Frank Riberi DÇ-2014-ün seçmə mərhələsinin pley-off oyunları çərçivəsindəki Ukrayna ilə keçirəcəkləri cavab qarşılaşmasını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli yarımmüdafiəçi iddialı açıqlamalar verib.
Riberi bu matçda rəqibə çox çətinlik yaradacaqlarını bildirib: “2006-cı ildəki dünya çempionatı öncəsi Toqo millisinə 2:0 hesabı ilə məğlub olanda da mətbuat bizə belə təzyiq göstərmişdi. Onda başa düşdük ki, Fransa yığması maşındır. İndi mən də həm komandadan, həm də özümdən əminəm. Özümü heç vaxt belə güclü hiss etməmişəm. Hazırda formamın zirvəsindəyəm. Yəqin ki, rəqib iki, yaxud üç futbolçu ilə məni saxlamağa çalışacaq”.
Qeyd edək ki, Fransa yığması Ukraynada keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə məğlub olub.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0