“Qalatasaray” rəsmisi: Transferdəki ilk hədəfimiz müdafiə mövqeyi deyil
18.11.2013 - 23:46
“Qalatasaray” İdarə Heyətinin prezidenti Lütfi Arıboğan klubun transfer hədəfləri barədə maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan Arıboğan Con Terri transferinə aydınlıq gətirib.
Klub rəsmisi ingiltərəli futbolçu ilə maraqlanmadıqlarını deyib: “Con Terri səviyyəli futbolçu ola bilər, amma bizim transferdəki ilk hədəfimiz müdafiə mövqeyi deyil. Terri “Qalatasaray”ın gündəmində deyil. Nə baş məşqçimiz Roberto Mançini, nə də klubumuz bu barədə heç bir addım atmayıb. Bizim əsas məqsədimiz səviyyəli türk futbolçuları heyətə qatmaq olacaq. Xüsusilə də gənc futbolçularla bağlı işlər görmək istəyirik”.
Qeyd edək ki, “Qalatasaray” iki ildir ki müdafiə mövqeyində problemlər yaşayır. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, klub “Çelsi”nin təcrübəli müdafiəçi Con Terrini heyətinə qataraq bu problemi həll etmək istəyir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0