“Qəbələ”nin oyununun başlanma saatı dəyişdirildi
19.11.2013 - 11:45
Topaz Premyer Liqasının 14-cü turunun bir oyunun tarixində dəyişiklik olunub. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, “Qəbələ”nin bir neçə futbolçusunun milli komandaların heyətlərində yoldaşlıq görüşlərində iştirakı nəzərə alınaraq AZAL ilə ev oyunu noyabrın 21-dən 22-si tarixinə keçirilmişdir.
Üstəlik, həmin görüşün başlanma saatında da dəyişiklik olunub. Belə ki, görüş əvvəl nəzərdə tutulduğu kimi, saat 14:00-da başlamayacaq. “Qəbələ”nin meneceri Zaur Əzizovdan aldığımız məlumata görə, canlı yayın ilə əlaqədar olaraq qarşılaşma 20 dəqiqə gec, yəni 14:20-də başlayacaq.
Qeyd edək ki, “Qəbələ”nin müdafiəçiləri Vladimir Levinlə Elnur Allahverdiyev əsas millinin Estoniya və Qırğızıstanla yoldaşlıq oyunlarına çağırılıb.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0