“Oğlumun “Qalatasaray”ı seçməsi səhv qərar idi”
21.11.2013 - 00:20
“Qalatasaray”ın sabiq futbolçusu Jonun (Juan Alves de Assis Silva) atası Fransisko Dario oğlunun Türkiyədə keçən karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsi Braziliyanın mətbuatına danışan Dario oğlunun “Qalatasaray”ı seçməsinin səhv qərar olduğunu deyib:
“Jo MOİK-də (Moskva) özünü yaxşı tərəfdən göstərdikdən sonra “Mançester Siti”yə transfer olundu. O, ingilis klubuna keçdikdən bir müddət sonra orada problemlər yaşadı. Sonra isə əvvəl “Everton”a sonra “Qalatasaray”a icarəyə verildi. Hesab edirəm ki, onun Türkiyəyə getməyi səhv seçim idi”.
Qeyd edək ki, Hazırda ölkəsinin “Atletiko Mineyro” klubunun formasını geyən braziliyalı hücumçu 2010-cu ildə “Qalatasaray”da çıxış etmişdi. İstanbul klubu ilə 13 Superliqa matçına çıxan 26 yaşlı futbolçu 3 qol və üç qol ötürməsi ilə fərqlənə bilmişdi.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0