Qan ver, “Mestalya”da oyuna pulsuz bax!
21.11.2013 - 10:40
İspaniyanın “Valensiya” klubunun azarkeşləri La Liqanın XV turunda “Osasuna” ilə oyunu pulsuz izləmək imkanı əldə ediblər. Apasport.az saytının məlumatına görə, tərəfdarlar bunun üçün “yarasalar”ın ev oyunlarını keçirdiyi “Mestalya” stadionunun kassalarından bilet almaq əvəzinə, qan verməlidirlər.
Klubun rəsmi saytında qeyd olunur ki, bu addım Valensiya şəhərdə keçirilən qanvermə aksiyasına dəstək xarakteri daşıyır. 18-65 yaş arası və çəkisi 50 kq az olmayan insanlar donor ola bilərlər.
Qeyd edək ki, “Valensiya” ötən mövsüm də iki dəfə analoji aksiya keçirdiyi üçün Qanköçürmə Mərkəzindən mükafat alıb.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0