“Biz Portuqaliyaya “Araz”a sürpriz etməyə gəlmişik”
21.11.2013 - 12:55
“Biz burda sürpriz komandayıq”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiyanın 4 qat futzal çempionu olan “Eyndhoven”in baş məşqçisi Karmelo Nieddu deyib.
İlk dəfə 2011/12 mövsümündə ilk dəfə elit mərhələdə çıxış etmiş “Eyndhoven” məhz onda da “Araz”la bir qrupda yer almışdı. Ötən il isə komandalar UEFA Kubokunun əsas mərhələsində bir qrupda olsalar da, “Araz”dan fərqli, “Eyndhoven” elit raunda adını yazdıra bilməmişdi. Maraqlıdır ki, hər ikisində də təmsilçimiz qrupu II, qərbi avropalılar isə III pillədə başa vurub.
Ancaq deyəsən, hollandlar bu dəfə qrupu sonuncu pillədə başa vurmalı olacaq. Hər halda baş məşqçinin sözlərindən belə anlamaq olur ki, onlar Portuqaliyaya yalnız sürpriz etməyə gəlib: “İstəyirik ki, sona kimi rəqiblərimizə sürpriz yaşadaq”. “Eyndhoven”in baş direktoru Anil Badloe isə qrup haqda belə deyib: “Avropanın 16 ən yaxşı komandası arasında olmaq Hollandiya çempionluğunu qazanmaqdan da yaxşıdır”.
Qeyd edək ki, “Araz” bu gün bizim vaxtla saat 22:00-da UEFA Kubokunun elit mərhələsindəki ilk görüşünü “Eyndhoven”ə qarşı keçirəcək. Naxçıvan təmsilçisi əvvəllər bu komandanı 5:3 və 4:3 hesabları ilə yenib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0