“Xəzər Lənkəran”ın sabiq futbolçusuna banan verdilər
21.11.2013 - 13:36
Azərbaycan çempionatında çıxış etmiş moldovalı futbolçular bananla mükafatlandırılacaqlar. Apasport.az saytının məlumatına görə, söhbət Denis Kalinkovla Anatoli Doroşdan gedir.
Onlar DÇ-2014-ün pley-off mərhələsində baş tutan Rumıniya – Yunanıstan (1:1) və Xorvatiya – İslandiya (2:0) matçlarının nəticələrini düzgün təxmin etdikləri üçün hazırda formasını geyindikləri “Rapid” klubu tərəfindən mükafatlandırılacaqlar. Moldova təmsilçisinin rəsmi saytında Kalinkovla Doroşun hər birinə bir kilo banan veriləcəyi bildirilir.
Qeyd edək ki, Denis Kalinkov ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinib. Anatoli Doroş isə “MKT-Araz”, “Standard”, “Karvan”, AZAL və “Simurq”da çıxış edib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0