“Barselona”ya vurulan qol “Ayaks”lı azarkeşin həyatını qaraltdı
27.11.2013 - 03:17
Ötən gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ayaks” – “Barselona” (2:1) qarşılaşmasında bədbəxt hadisə baş verib. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, oyunun 41-ci dəqiqəsində ev sahibi komanda ikinci dəfə fərqlənərkən qol sevincini coşğulu şəkildə qeyd edən bir hollandiyalı azarkeş tirbunadan yıxılıb. Dərhal ilk yardım göstərilən azarkeşi helikopterlə xəstəxanaya aparıblar.
Polisin verdiyi məlumata görə kişi azarkeş başından ciddi xəsarət alıb. Hazırda onun vəziyyəti ağırdır.
Polisin verdiyi məlumata görə kişi azarkeş başından ciddi xəsarət alıb. Hazırda onun vəziyyəti ağırdır.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0