Mourinyo: Gecənin yeganə müsbət hadisəsi qrupdakı digər oyunun nəticəsi idi
27.11.2013 - 07:57
“Çelsi” ötən gün Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində səfərdə İsveçrənin “Bazel” klubuna 1:0 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi bu oyunda uduzsa, da qrupdakı digər - “Styaua” - “Şalke” (0:0) görüşünün nəticəsinə görə növbəti mərhələyə adlamaq şansını qazanıb.
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən London klubunun baş məşqçisi Joze Mourinyo maraqlı fikirlər səsləndirib. Portuqaliyalı mütəxəssis milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilənin komandasına mənfi təsir etdiyini deyib: “Biz məğlubiyyətə layiq idik. Gecənin yeganə müsbət hadisəsi o idi ki, qrupdakı digər oyunun nəticəsinə görə biz növbəti mərhələyə vəsiqəni təmin edə bildik. Düşünürəm ki, bu gün komandam millilərin oyunu ilə əlaqədar yaranmış fasilənin güdazına getdi”.
Qeyd edək ki, “Çelsi” “Bazel”lə qrupdakı ilk oyunda da rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.

- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0