“Çelsi” uduzsa da, 1/8 finala çıxdı
27.11.2013 - 10:05
Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun ilk oyun günü İngiltərənin “Çelsi” klubunun növbəti raunda adlaması ilə əlamətdar olub.
London təmsilçisi İsveçrənin “Bazel” klubuna 0:1 hesabı ilə uduzsa da, Almaniya “Şalke”sinin xal itkisi hesabına 1/8 finala yüksəlib. Rumıniya “Styaua”sı ilə qolsuz heç-heçə edən Helzenkirhen təmsilçisi “Çelsi”nin pley-offa yolunu açıb.
İndi 9 xalı olan Joze Mourinyonun yetirmələri E qrupunda ən azı 2-ci pilləni tutacaq. Çünki 89 xala malik “Bazel” və ondan minimal fərqlə geri qalan “Şalke” son turda öz aralarında oynayacaq. Bu isə o deməkdir ki, onlardan yalnız biri “Çelsi”ni keçə bilər.
İngiltərə təmsilçisi 1/8 finala vəsiqə qazanan 5-ci xoşbəxt olub. Bunadək “Atletiko”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti” (İngiltərə) və “Bavariya” (Almaniya) qrup mərhələsini uğurla keçmişdi.

- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0