Duqlas Leyte: “Quarani”yə sevə-sevə qayıdaram
27.11.2013 - 13:05
“Mən Braziliya mətbuatına müsahibə verməmişəm. “Xəzər Lənkəran”dan getməyim haqda isə ümumiyyətlə heç nə deməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte deyib.
33 yaşlı braziliyalı legioner qışda “Quarani”yə keçəcəyinə münasibət bildirib.
Duqlas bununla bağlı Braziliya mətbuatında peyda olan açıqlamasını təkzib edib: “Quarani” mənim keçmiş komandamdır. Onlar məni öz heyətlərində görmək istəyirlər. Bu komanda ilə bağlı xoş xatirələrim var. Buna münasibət bildirib demişəm ki, mənim üçün çox xoş xəbərdir. Orada həmişə sevə-sevə oynamışam və nə vaxtsa imkan olsa sevə-sevə də “Quarani”yə qayıdaram. Deməmişəm ki, gedərəm. Lakin nə vaxtsa yenidən həmin komandaya qayıda bilərəm”.
Qeyd edək ki, Leyte 2009-10-cu illərdə “Quarani”də 89 oyun keçirib.

- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0