Ölkə çempionundan antirekord
27.11.2013 - 15:02
Rumıniyanın “Styaua” klubu Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu olan Buxarest təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ən uzun qələbə həsrəti yaşayan komanda adına şərik çıxıb.
Qrup mərhələsinin V turunun Almaniya “Şalke”si ilə görüşündə qolsuz heç-heçə edən “Styaua” ardıcıl 22-ci dəfə meydanı qələbəsiz tərk edib. Bununla, buxarestlilər Moskva “Spartak”ına məxsus antirekordu təkrarlayıb. Rusiya təmsilçisi də ardıcıl 22 qarşılaşmada qələbə qazanmamışdı.
Qeyd edək ki, “Styaua” son qələbəsini 2006/07 mövsümündə Kiyev “Dinamo”su ilə matçda qazanmışdı – 4:1.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0