“Bavariya”nı cəzalandıran azərbaycanlı - FOTO
27.11.2013 - 15:44
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-nın Gənclər Liqasında keçirilən MOİK (Rusiya) – “Bavariya” (Almaniya) qarşılaşmasını idarə edib. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşma həmyerlimiz üçün heç də asan olmayıb.
Belə ki, Ağayev U-19 komandalarının qarşılaşmasında 2 dəfə penalti təyin edib. O, 2-ci dəqiqədə almanları, 79-cu dəqiqədə isə meydan sahiblərini cəzalandırıb.
Referi oyun ərzində 7 dəfə sarı vərəqə göstərib. 3 dəfə meydan sahibləri, 4 dəfə qonaqlara xəbərdarlıq edən Ağayev matçın gedişində gərginliyin daha da artmaması üçün 68-69 və 78-80-ci dəqiqələrdə hər iki tərəfə vərəqə göstərib.
Qeyd edək ki, bu matçda Ağayevə Zeynal Zeynalovla Mehman Mahmudov kömək edib.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0