“Sumqayıt”da qaçaqaç!
28.11.2013 - 10:45
“Sumqayıt”da “yarpaq tökümü” davam edir. Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisinin daha bir üzvü komandanı tərk etməyə qərar verib. Söhbət millimizin müdafiəçisi Vurğun Hüseynovdan gedir.
“Sumqayıt”ın ölkə çempionatında sonuncu pillədə qərarlaşması və maaşların vaxtında verilməməyi bir yana, futbolçuların pullarının kəsilməsi çoxları kimi müdafiəçi Hüseynovu da narazı salıb. Bu üzdən Vurğun artıq özünə yeni klub axtarmağa başlayıb. Böyük ehtimalla, qış fasiləsindən sonra 25 yaşlı futbolçunu başqa komandanın heyətində görəcəyik.
Qeyd edək ki, artıq Vüqar Əsgərovla Zaur Həşimov qış fasiləsini gözləmədən “Sumqayıt”ı tərk ediblər. Gedənlər arasında millimizin digər üzvü Pərdis Fərcad-Azadın da olacağı gözlənilir.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0