Beyl: “Qalatasaray”a vurduğum qol...
29.11.2013 - 05:33
“Real”ın ulduz futbolçusu Qaret Beyl Çempionlar Liqasının V turu çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray”ı 4:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan uelsli yarımmüdafiəçi cərimə zərbəsində İstanbul klubunun qapısına vurduğu qolu onun üçün dəyərli olduğunu deyib:
“Bir nəfər əksik oynamağımıza baxmayaraq, meydanda can qoyub, komanda ruhunu nümayiş etdirdik. ÇL-də edəcəklərimizin sərhəddi yoxdur. Kuboku qazanmaq üçün çox şansımız var. Həmin oyunda həm qol vuruğum, həm də qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Məşqlərdə həmişə cərimə zərbələri üzərində çalışıram. “Qalatasaraya” karyeramın ən gözəl qollarından birini vurdum”.
Qeyd edək ki, Noyabrın 27-də keçirilən qarşılaşmanın 26-cı dəqiqəsində ispan klubunun müdafiəçisi Serxio Ramos qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0