“Xəzər Lənkəran” rəsmiləri izlədi, Embilla məşqi yarımçıq dayandırdı
30.11.2013 - 00:03
Premyer Liqanın XV turunda AZAL klubunu doğma arenada qəbul edəcək “Xəzər Lənkəran” ötən gün son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, saat 16:00-da stadionun əsas meydançasında hazırlığa başlayan “ağ-yaşıllar” bir saat ərzində intensiv şəkildə çalışıb. Məşqi klubun bütün rəsmiləri birgə izləyiblər.
Qeyd edək ki, son günlər Covanni Melkiorenin rəhbərliyində keçirilən ağır məşqlər də komandadan təsirsiz ötməyib. Belə ki, oyun öncəsi son məşqdə futbolçuların yorğunluğu aşkar müşahidə olunub. Bundan əlavə komandanın aparıcı futbolçularından olan Etame Embilla hazırlıq prosesinin sonuna yaxın əzələsini dartaraq zədələnib və məşqi yarımçıq saxlamalı olub.
Son anda əldə olunan məlumata görə kamerunlu futbolçunun AZAL-la oyunda iştirak edə bilməsi üçün komandanın həkimi və köməkçiləri əllərindən gələni edirlər.
Mənbə: 12cioyuncu.info

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0