PFL adına böyük ləkə: “Sumqayıt” Premyer Liqadan çıxır!
01.12.2013 - 11:27
Topaz Premyer Liqasının 15-ci turunda “Sumqayıt” – “Neftçi” matçında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, meydan sahibləri baş hakim Fariz Yusifovun idarəçiliyindən narazılıqlarını bildiriblər.
Oyunun sonlarında Sumqayıt klubunun kapitanı Samir Abbasov topun “Neftçi”nin futbolçusunun əlinə dəydiyi epizodda Yusifovun penalti təyin etməməsinə etirazını bildirib.
Baş hakim isə ona birbaşa qırmızı vərəqə göstərib.
Oyundan sonra isə Sumqayıt klubunun Prezidenti Kamran Quliyev Peşəkar Futbol Liqasının (PFL) Prezidenti Ramin Musayevə zəng edərək, Yusifovun idarəçiliyindən narazılığını onun diqqətinə çatdırıb. O, "Ramin müəllim, belə hakimlik olmaz. Komandamı çempionatdan çıxarıram" deyib.
Daha sonra isə klub prezidenti üzünü jurnalistlərə tutub: “Belə də yazın: Bu idarəçilik Azərbaycan futbolunun adına ləkədir, PFL-in adına ləkədir, AFFA Hakimlər Komitəsinin adına ləkədir!”.
Qeyd edək ki, oyun “Neftçi”nin qələbəsi ilə yekunlaşıb - 2:1.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0