Mövsümdə ilk dəfə!
02.12.2013 - 17:41
Topaz Premyer Liqasının XV turu meydan sahibləri üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, ötən həftə baş tutan 5 qarşılaşmada ev sahibi olan komandalardan heç biri qalib gələ bilməyib.
“Xəzər Lənkəran”la “Simurq” öz meydanında heç olmasa 1 xala sevinibsə, “Bakı”, “Rəvan” və “Sumqayıt” qonaqlar qarşısında “ağ bayraq” qaldırıblar. Belə nəticəyə mövsümdə ilk dəfə təsadüf olunub.
Belə ki, arxada qalan 14 turun heç birində meydan sahibləri qələbə həsrəti yaşamamışdılar. Onlar ən pis halda, 7 dəfə turu 1 qalibiyyətlə bitirmişdi.
Qonaqların turu məğlubiyyətsiz başa vurmasında “İnter”, “Qəbələ” və “Neftçi”nin qazandığı minimal hesablı qələbələrin rolu böyük oldu. AZAL və “Qarabağ”ın 1 xal qazanması isə məğlubiyyətsizliyi tamamladı. Düzdür, bundan əvvəl də qonaqların 3 qələbə qazandığı tur olmuşdu, lakin həmin vaxt ən azı 1 qarşılaşmada meydan sahibləri də sevinmişdi. Bu dəfə isə belə olmadı. Meydan sahibləri qonaqların 2 dəfə - XII və XIII turlarda üzləşdiyi uğursuzluqla barışdı.
Qeyd edək ki, arxada qalan 15 turun 75 matçında meydan sahibləri 28, qonaqlar 24 qələbə qazanıb. Daha 23 oyunda isə tərəflər 1 xalla kifayətlənib.

tur | Meydan sahibləri | Heç-heçə | qonaqlar |
I | 2 | 1 | 2 |
II | 3 | 1 | 1 |
III | 4 | 0 | 1 |
IV | 1 | 1 | 3 |
V | 2 | 0 | 3 |
VI | 3 | 1 | 1 |
VII | 1 | 3 | 1 |
VIII | 1 | 3 | 1 |
IX | 1 | 2 | 2 |
X | 1 | 1 | 3 |
XI | 1 | 2 | 2 |
XII | 4 | 1 | 0 |
XIII | 1 | 4 | 0 |
XIV | 3 | 1 | 1 |
XV | 0 | 2 | 3 |
CƏMİ | 28 | 23 | 24 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0