İbrahimoviç: PSJ indiyə kimi çıxış etdiyim ən yaxşı klub deyil
03.12.2013 - 05:21
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 32 yaşlı hücumçu PSJ-nin indiyə kimi çıxış etdiyi ən yaxşı klub olmadığını deyib:
“Əlbəttə ki, biz bütün aspektlərdə öz səviyyəmizi yüksəldirik. Biz ötən mövsümə nisbətən daha güclüyük. Deyə bilərikmi ki, PSJ indiyə kimi çıxış etdiyim ən yaxşı komandadır? Mən belə hesab etmirəm. Məncə indiyə kimi çıxış etdiyim “Barselona”, “İnter” və “Yuventus” kimi klubların yeri ayrıdır”.
Qeyd edək ki, 2012-ci ildə İtaliyanın “Milan” klubundan PSJ-yə transfer olunan İbrahimoviçin 2016-cı ilə qədər Paris təmsilçisi ilə müqaviləsi var.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0