Əfsanəvi futbolçunun Bakı təəssüratları - FOTO
03.12.2013 - 16:29
“Hava çox soyuq olsa da, uşaqlarla məşq etmək və futbol oynamaqdan zövq aldım”. Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in əfsanəvi futbolçusu Endi Koul deyib.
Ölkəmizə AFFA ilə əməkdaşlıq çərçivəsində baş tutan layihənin iştirakçısı kimi qatılan Koul vaxtilə “qırmızı şeytanlar”da tandem təşkil etdiyi Duayt Yorkun Bakı səfərindən ağızdolusu danışdığını bildirib: “York paytaxtınızın gözəl olduğunu bildirmişdi. Gəldim, gördüm ki, deyildiyi kimi varmış. O, futbolun ölkənizdə inkişaf etdiyini söylədi. York mənə burda veteranların oyununda iştirak etdiyini də demişdi. Mənə də belə bir təklif gələrsə, məmnuniyyətlə belə bir görüşdə meydana çıxmaq istərdim”.
42 yaşlı veteran yığmamızın oyunları və AFFA ilə əməkdaşlıqdan da danışıb: “Milli komandanızın son nəticələri ilə tanışam. Elə burda olduğum qısa müddətdə bu haqda söhbətimiz olub. Bilirəm ki, Rusiya ilə oyunda heç-heçə etmisiniz, Şimali İrlandiyaya isə qalib gəlmisiniz. AFFA ilə əməkdaşlıq haqqında isə heç bir söhbətimiz olmayıb”.
Qeyd edək ki, Endi Koul dekabrın 4-dən 5-nə keçən gecə İngiltərəyə qayıdacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0