Eto’O qayıdır
03.12.2013 - 22:30
“Çelsi”nin ulduz futbolçusu Samuel Eto’O komanda ilə məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssisin sözlərinə görə noyabrın 26-dakı “Bazel”lə Çempionlar Liqasının qrup oyununda zədələnən 32 yaşlı hücumçu artıq sağalıb: “Eto’O komanda ilə məşqlərə başlayıb. Yenə də onun vəziyyətini dəyərləndirəcəyik, amma hələ pis görünmür. Onun növbəti matçda meydana çıxmaq şansı var”.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqası çərçivəsində sabah “Sanderlend”lə qarşılaşacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0