Flavinyo “Qarabağa”a qarşı oynaya biləcək
04.12.2013 - 00:35
Ötən gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, İclasda “Neftçi” klubunun futbolçusu Flavinyo (Flavio Aleks Valensio) barədə müraciətə baxılıb.
AFFA-nın İntizam Komitəsinin braziliyalı yarımmüdafiəçi barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilib. O, intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. Əgər futbolçu 6 aylıq sınaq müddəti ərzində analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Beləliklə, Flavinyo “Sumqayıt”la oyunda meydana çıxmadığına görə, 1 oyunluq cəzasını da çəkmiş olub. Bu səbəbdən o, növbəti “Qarabağ” matçında forma geyə biləcək.
Qeyd edək ki, braziliyalı Topaz Premyer Liqasının XIV turunun “İnter”lə oyunda qırmızı vərəqə almış və və AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılmışdı.
Mənbə: affa.az

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0