“Qalatasaray” çətinliklə mərhələ adladı
04.12.2013 - 01:55
“Qalatasaray” futbol üzrə Türkiyə Kubokunun IV turu çərçivəsində “Qaziantep BS” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu PTT Birinci Liqa təmsilçisi ilə oyunda çətinliklə qələbə qazana bilib.
“Türk Telekom Arena” stadionunda keçirilən qarşılaşmada “Cim-Bom” 2 qolla önə keçsə də zəif rəqibi qarşısında hesabı qoruya bilməyib. 90 dəqiqəsi 2:2 bərabərliklə başa çatan matçda əlavə vaxt təyin olunub. Bu dəfə də hesab dəyişməyincə tərəflər penaltilərə üz tutub. Penaltilərdə daha dəqiq oynayan Roberto Mançininin yetirmələri meydandan 8:7 (Penaltilər – 6:5) hesabı ilə qalib ayrılıb. İkinci heyətlə rəqibi məğlub edən “sarı-qırmızılılar” növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, “Qalatasaray”da Əmrə Çolak, Ceyhun Gülselam, Yekta Kurtuluş, Gökhan Zan, Nordin Amrabat və Rruma penaltiləri qola çevirə bilsə də, Umut Bulut, Sabri Sarıoğlu və Dani bunu bacara bilməyib. Ev sahibi komandanın qapıçısı Ufuk Ceylan da 4 penaltini qurtaraq qalibiyyətdə böyük rol oynayıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0