“Orduspor”un baş məşqçisi Subaşiçə xəbərdarlıq etdi
04.12.2013 - 15:29
“Əcnəbi futbolçularımız mövsümün əvvəlində daha yaxşı oynayırdılar. Fiziki baxımdan bir az da komandaya fayda vermələri lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “Orduspor”un baş məşqçisi Ərkan Sözəri deyib.
Turnir cədvəlində lider olsa da, ardıcıl 3 həftə xallar itirməsi “Orduspor”un çalışdırıcısının əcnəbi oyunçuları tənqid atəşinə tutmasına səbəb olub. Sözəri arasında milliləşdirilmiş Branimir Subaşiçin də olduğu hücum xəttindən narazı qalıb: “Onlara lazımi xəbərdarlıqlarımızı etmişik. Bundan başqa, texniki baxımdan da lazımi işləri görəcəyik. Ancaq ortada çox pis bir durum yoxdur. Sadəcə, son 3 matçdır ki, bəxtsiz qollar buraxırıq. Bu üzdən xal itkilərimiz olur. Yoxsa oyun və mübarizə baxımından heç bir sıxıntımız yoxdur. Çempionatda çox qol vuran komanda deyilik. Qol vurmaqda problemlə üzləşdiyimiz bir gerçəkdir. Səfərdə heç məğlub olmayan, ancaq evdə 3 yenilgi alan bir komandayıq”.
Qeyd edək ki, Branimir Subaşiç “Orduspor”da 2 qola imza atıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0