UEFA Azərbaycanda seminar keçirdi - FOTOSESSİYA
05.12.2013 - 19:09
Bu gün Bakcell Arena-da Lisenziyalaşdırma prosesi çərçivəsində klubların təhlükəsizlik xidməti üçün UEFA seminarı keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA nümayəndələri Kenneth Scott, Marc Timmer və David Petriaşvilinin rəhbərlik etdiyi seminarda klublarla yanaşı, Daxili İşlər Nazirliyinin, AFFA-nın və PFL-in nümayəndələri iştirak edib.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək, Avropa futbol qurumunun nümayəndələrinə tədbirdə iştirak etdiklərinə görə AFFA-nın adından minnətdarlığını bildirib, seminarın işinə uğurlar arzulayıb.
İştirakçılara oyunlar zamanı təhlükəsizlik xidmətinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, stadionlarda təhlükəsizliyin təmin olunmasının müasir üsulları haqda danışılıb, maraqlı fikir mübadiləsi aparılıb.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub.
Mənbə: affa.az

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0