“Rəvan” AZAL-la oyuna fasiləsiz hazırlaşır
05.12.2013 - 22:57
“Rəvan” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan” səddini aşdıqdan sonra bütün diqqətləri həftəsonu baş tutacaq Premyer Liqa oyununa yönəldib. Apasport.az klub saytına istinadən xəbər verir ki, “aslanlar” bazar dekabrın 8-də keçirəcəyi AZAL-la səfər matçının hazırlıqlarına başlayıb.
"AZAL Arena”da baş tutacaq görüşə böyük önəm verən Şahin Diniyevin komandası elə məhz bu səbəbdən kubok matçından sonra istirahətə ehtiyac duymayıb. "Bayıl Arena”da keçən məşq əsasən taktiki-texniki nüanslar üzərindəki çalışmalarla əlamətdar olub. Məşqçilər korpusunu sevindirən məqam da var. Belə ki, Elvin Həsənəliyev artıq komanda ilə məşqlərə başlayıb. Düzdür, o, hələ bütün məşq təmrinlərini yerinə yetirə bilmir. Bununla belə, ümumi qrup çalışmalarına qatılır.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0