Şahin Diniyevdən sərt ittiham: Texniki zonanı tərk etmək istəyirdim
08.12.2013 - 18:39
“Rəvan” klubunun baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının XVI turununda AZAL-a məğlub olduqları oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin çalışdırıcısı rəqibdə qələbə istəyinin daha çox olduğunu bildirib: “AZAL-ı əzmkar qələbə ilə təbrik edirəm. Öz komandam haqqında heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da daha çox idi. Qapımıza vurulan birinci qoldan sonra texniki zonanı tərk etmək istəyirdim. Komandanın heyətində oyunun gedişini dəyişəcək, lider futbolçu yoxdur”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0