Qurban Qurbanov: Çoxlu qol epizodunu boşa verdik
08.12.2013 - 20:29
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XVI turunda əzəli rəqibi “Neftçi” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisinin çalışdırıcısı komandasının çoxlu qol epizodlarını boşa verdiyini bildirib: “Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu. “Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədir. İlk oyunda komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq” (pfl.az)
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0