Qurbanovdan antirekord
09.12.2013 - 14:55
Topaz Premyer Liqasının ən intizamsız futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın milliləşən legioneri Ruslan Qurbanov mövsümdə ikinci dəfə meydandan qovulmaqla antirekorda imza atıb.
XVI turun “Bakı” ilə oyununda hakimi təhqir edən intizamsız legioner IX turda da analoji cəzaya layiq görülmüşdü. Qurbanov “İnter”lə qarşılaşmada əvvəl hakimlərə etiraz etmiş, sonradan isə qeyri-idman hərəkətinə görə meydandan qovulmuşdu.
Ruslan cari mövsüm çempionatda 2 dəfə intizamsızlığının cəzasını alan yeganə oyunçudur. Lakin rusiyalının özü üçün mövsümdə 2 dəfə komandasını azlıqda qoymaq yenilik deyil. Futbolçu ötən çempionatda da 2 dəfə meydandan qovulmuşdu.
Qeyd edək ki, “Sumqayıt”da cəmi 53 çempionat matçına çıxan legioner ümumilikdə 4 dəfə intizamsızlığın qurbanı olub.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0