Dənizli “11-liy”i tamamladı
09.12.2013 - 18:12
Topaz Premyer Liqasının XVI turu Mustafa Dənizlinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Xəzər Lənkəran”ı “İnter”lə oyuna çıxarmaqla, ölkəmizdə iş başında olan 11-ci türkiyəli çalışdırıcı adına sahib çıxıb.
Belə ki, Dənizliyə qədər 10 türkiyəli çalışdırıcı Premyer Liqada debüt edib. Azərbaycana gələn türklər 8 müxtəlif klubda işləyib. 4-cü dəfə bu ölkədən olan məşqçiyə həvalə edilən “Xəzər Lənkəran” digər klublardan öndədir. Cənub təmsilçisi 3 türk baş məşqçi və 1 məşqçi əvəzinə bel bağlayıb.
Premyer Liqada ən çox oyun keçirən türk məşqçi isə Rasim Karadır. Cüneyt Biçər kimi 2 klubda çalışan Kara bütün göstəricilərdə həmkarlarının hamısını arxada qoyur.

| Ad Soyad | Komanda | Oyun | Q | H | M | T-F | X |
| Rasim Kara | Qarabağ (Ağdam), Xəzər Lənkəran | 82 | 43 | 17 | 22 | 118-59 | 146 |
| Naci Şensoy | Turan (Tovuz) | 61 | 34 | 12 | 15 | 89-44 | 114 |
| Fatih Kavlak | Qəbələ | 26 | 13 | 5 | 8 | 38-25 | 44 |
| Bülənt Korkmaz | Bakı | 20 | 10 | 6 | 4 | 22-15 | 36 |
| Cüneyt Biçər | Bakı, Xəzər Lənkəran | 15 | 8 | 4 | 3 | 21-8 | 28 |
| Mehmet Tayfun Türkmən | Gənclərbirliyi (Sumqayıt) | 9 | 3 | 2 | 4 | 12-16 | 11 |
| Cevat Gülər | Rəvan (Bakı) | 4 | 0 | 3 | 1 | 3-5 | 3 |
| Mustafa Dənizli | Xəzər Lənkəran | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
| Mustafa Yılmaz | Turan (Tovuz) | 7 | 0 | 1 | 6 | 1-15 | 1 |
| Şenol Fidan | Xəzər Lənkəran | 3 | 0 | 1 | 2 | 0-2 | 1 |
| Fuad Yaman | Karvan (Yevlax) | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0