“Mançinidən sonra “Qalatasaray” yalnız xalları deyil, özünə inamını da itirdi”
10.12.2013 - 05:46
“Beynəlaxq səviyyəli görüşlərdə bizim komandalarımız daha çox basqı altında oynayır. Rəqib isə, daha təcrübəlidir. Onlar bizdən fərqli olaraq oyundan öncə sadəcə futbolu düşünürlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin və “Qalatasaray”ın canlı əfsanəsi Hakan Şükür yerli KİV-ə açıqlamasında deyib.
Sabiq futbolçu “Yuventus”la Çempionlar Liqası matçı öncəsi “Cim-Bom”un mərhələ adlamaq şansını dəyərləndirib: “Kopenhagen”lə ev oyununda rəqibini təsir altında saxlayan bir “Qalatasaray” izlədik. Təbii ki, burada azarkeşlər də böyük dəstək verdi. Yeni baş məşqçi Roberto Mançininin gəlişindən sonra komandada bəzi dəyişikliklər oldu. Mançini fərqli oyun üslubu və heyətləri sınaqdan keçirdi. Bu prosesdən sonra “Qalatasaray” yalnız xalları deyil, özünə inamını da itirdi. Bu səbəbdən də futbolçularımız sabah meydanda gərgin olacaqlar. Amma digər prizmadan yanaşdıqda, “Qalatasaray” bir Avropa klubudur. Türkiyənin avrokuboklarda ən çox uğur qazanmış komandasıdır. Bu mərhələni adlaya bilsələr ən azında ötən mövsümkü uğuru təkrarlaya bilərlər”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0