“Aleks Türkiyəyə qayıdacaq”
11.12.2013 - 05:57
Klubu “Koritiba”nın prezidenti ilə arası dəyən Aleks de Souza ilə bağlı maraqlı iddialar gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçinin “Palmeyras”dan sabiq komanda yoldaşı Zinyo onun yenidən “Fənərbaxça”ya qayıdacağını deyib.
Hazırda “Santos”da menecer işləyən Zinyo bu barədə ölkəsi Braziliyanın “Radio Estadao” radiosuna danışıb: “37 yaşına gəlmiş Aleksin Türkiyəyə futbolçu olaraq qayıtması çox çətindir. O da mənim kimi, bir vəzifəni icra edəcək. Aleksin Türkiyə üçün çox darıxdığını bilirəm. O, tək qayıtmayacaq, “Fənərbaxça”nın transfer etmək istədiyi Qansonu da özü ilə aparacaq”.
Qeyd edək ki, 2004-2012-ci illər ərzində Türkiyə təmsilçisi “Fənərbaxça”da çıxış etmiş de Souza hazırda ölkəsi Braziliyanın “Koritiba” klubunun şərəfini qoruyur.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0