“Qalatasaray” 1/8 finalda! - YENİLƏNİB
11.12.2013 - 18:20
Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində İstanbula güclü qar yağması nəticəsində təxirə salınan “Qalatasaray” – “Yuventus” matçı bu gün keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma dayandırıldığı 31-ci dəqiqədən etibarən davam etdirilib.
Güclü qar yağıntısı altında və bərbad vəziyyətə düşmüş stadionda keçirilən görüşdə “Qalatasaray” maksimum hədəfinin öhdəsindən gəlməyi bacarıb. “Mançester Yunayted”ə gedəcəyi deyilən hollandiyalı Uesli Sneyderin yeganə qolu Türkiyə çempionunun 1/8 finala vəsiqə qazanmasına səbəb olub. “Yuventus” isə qrup 3-cüsü kimi çıxışını yeni ildən Avroliqada davam etdirməli olacaq.
Qeyd edək ki, “Qalatasaray” ÇL-in 1/8 final mərhələsinə adını yazdıran 11-ci komanda olub.
Çempionlar Liqasının qrup mərhələsi
VI tur
11 dekabr
"Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) - 1:0
QOL: Uesli Snayder, 85

1 | Real M | 6 | 5 | 1 | 0 | 20-5 | 16 |
2 | Qalatasaray | 6 | 2 | 1 | 3 | 8-14 | 7 |
3 | Yuventus | 6 | 1 | 3 | 2 | 9-9 | 6 |
4 | Kopenhagen | 6 | 1 | 1 | 4 | 4-13 | 4 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0