Kim haqlıdır: AFFA və UEFA, yoxsa “Dinamo”? - YENİLƏNİB
13.12.2013 - 13:30
Futzal üzrə UEFA Kubokunun 2013/14 mövsümü üçün “Dördlər finalı”nın Bakıda keçirilməsi dəqiqləşəndən sonra gözlər görüşlərin nə vaxt keçirilməsinə yönəlib. Apasport.az saytının məlumatına görə, hələ dəqiq tarix dəqiqləşməyən püşkatma mərasimi martın əvvəllərində olacaq.
Görüşlərin keçirilmə tarixi isə əvvəlcədən məlum idi. İlk oyunlar aprelin 23-ü və ya 25-də, həlledici qarşılaşmalar isə yarımfinalın tarixindən asılı olaraq 26-da, ya da ertəsi baş tutacaq.
UEFA-nın rəsmi saytı bu matçların dəqiq gününü hələ açıqlamasa da, “Dördlər finalı”nda çıxış edəcək Moskva “Dinamo”su fərqli iddia ilə çıxış edir.
Belə ki, rusiyalıların rəsmi saytı mərhələnin aprelin 25-də start götürəcəyini, 27-də başa çatacağını yazıb. Bu isə o deməkdir ki, yarımfinallar 25-də, final və 3-cü yer uğrunda qarşılaşma isə 27-də keçiriləcək. Lakin “Dördlər finalı”na ev sahibi kimi təşkilatçılıq edəcək AFFA Moskva təmsilçisinin məlumatını təkzib edir. Assosiasiyadan bildirilir ki, oyunların dəqiq tarixi hələ rəsmən müəyyənləşməyib.
Qeyd edək ki, ölkə çempionumuz “Araz”, “Barselona”, “Kayrat” və Moskva “Dinamo”sunun yarışacağı “Dördlər finalı”nın oyunları “Sərhədçi” olimpiya idman kompleksində keçiriləcək.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0