FİFA millimizi Argentina ilə eyni sıraya qoydu
13.12.2013 - 16:21
FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2013-cü il üçün son reytinqində 176 yığma yer alıb.
Bu komandalardan 117-si topladığı xallara əsasən müvafiq yerlərdə qərarlaşıb. İlk 3 pillədə ABŞ (2228), Almaniya (2156) və Yaponiya (2071) yığmalarıdır.
Azərbaycan millisi isə adı əsas reytinqdən kənarda olan 59 komanda arasındadır. Buna səbəb həmin ölkələrin son 18 ayda heç bir rəsmi matça çıxmamağıdır. Hərçənd, son 4 ilə əsasən hesablanan reytinqdə Azərbaycanın 1341 xalı var. Bu da ümumi siyahıda 67-ci olmaq üçün yetərlidir.
Amma komandamız xeyli vaxtdır çıxışını dayandırdığı üçün eyni aqibətlə üzləşən digər 58 yığma ilə birlikdə 118-ci yerə şərik sayılır. Millimizin 118-ci pillədəki şərikləri arasında Argentina kimi futbol ölkəsi də var. Avropada isə yığmamız 49-cu yerədir.
Qeyd edək ki, qadın yığmalarının növbəti reytinqi 2014-cü il martın 28-də açıqlanacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0