“Mançester Yunayted”də ciddi itki
13.12.2013 - 20:28
“Mançester Yunayted”in hücumçusu Robin van Persi bir müddət komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə klubun baş məşqçisi David Moyes yerli mətbuata açıqlamasında deyib.
Təcrübəli çalışdırıcının sözlərinə görə hollandiyalı futbolçu Çempionlar Liqasındakı “Şaxtyor”la oyunda zədələnib və o, 1 ay yaşıl meydanlardan uzaq qalacaq: “Van Persi son matçda künc zərbəsini yerinə yetirərkən zədələnib. O, 1 ay forma geyə bilməyəcək”.
Qeyd edək ki, 30 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 10 qol vurub.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0