“Tottenhem” baş məşqçisini qovdu
16.12.2013 - 15:38
İngiltərənin “Tottenhem” klubu baş məşqçi Andre Villaş-Boaşla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu gün London təmsilçisinin idarəçiləri ilə gənc çalışdırıcı arasında görüş baş tutub. Qarşılıqlı razılaşmaya əsasən, portuqaliyalı mütəxəssis postundan azad edilib.
Villaş-Boaş 2012-ci ilin iyul ayından “Tottenhem”ə rəhbərlik edirdi. O, “Çelsi”dən ayrıldıqdan sonra London klubunun “sükanı arxası”na keçmişdi.
Qeyd edək ki, “Tottenhem” hazırda 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 8 xal geri qalır.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0