Droqba: Bu püşkatmadan sonra ən xoşbəxt insan mənəm
17.12.2013 - 07:56
“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri London “Çelsi”si ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Instagram”dakı şəxsi səhifəsindən fikirlərini bölüşən 35 yaşlı hücumçu sabiq komandasına qarşı çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib.
Fildişi sahilli forvard bu püşkatmadan sonra özünü ən xoşbəxt insan hiss etdiyini deyib: “Bu püşkatmadan sonra ən xoşbəxt insan mənəm. Hər iki oyunu da evimdə keçirəcəm”.
İngiltərələri azarkeşlərə də mesaj göndərən təcrübəli futbolçu “Bir neçə ay içində görüşərik” deyib.
Qeyd edək ki, 2004-2012-ci illərdə London klubunda çıxış edən Droqba ümumilikdə 155 qol vurub və Çempionlar Liqasının qalibi olub. O, 2013-cü ilin yanvarından Türkiyə təmsilçisinin şərəfini qoruyur.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0