Azərbaycan çempionatında masajçı da hakimi söyür
17.12.2013 - 15:43
Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Abbasov cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi hazırda “Şəmkir”in baş məşqçisi kimi çalışan Abbasovu 5 oyunluq cəzaya layiq bilib.
Buna çalışdırıcının hərəkətləri səbəb olub. Belə ki, Abbasov Azərbaycan çempionatının I divizionunun XIII turunun “Neftçala” ilə görüşü zamanı hakimləri təhqir edib. 14-cü dəqiqədəki əməlinə görə texniki zonadan qovulan baş məşqçi klubunu da 5000 manat ziyana salıb.
Baş məşqçidən “nümunə” götürən masajçı Orxan İmanov da hakimləri təhqir etməyi lazım bilib. Onun 78-ci dəqiqədəki hərəkətinin də cəzası eyni olub: 5 oyun və 500 manaat.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0