Cəzalı futbolçu oynatdı, aşağı liqaya göndərildi
17.12.2013 - 20:48
Braziliya İdman Məhkəməsi ölkənin “Portuqeza” klubunu cəzalandırıb. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb komandanın cəzalı futbolçunu meydana çıxarmasıdır.
Belə ki, “Portuqeza” “Qremio” ilə matçda cəzalı futbolçusu Hevertonu oyuna daxil etdiyi üçün məhkəmə onun 4 xalı silib. Çempionatı 48 xalla 12-ci pillədə tamamlayan klub bu cəzadan sonra 44 xalla aşağı liqaya göndərilib.
Qeyd edək ki, bu qərardan sonra çempionatı 46 xalla 17-ci sırada tamamlayan autsayder “Fluminense” isə güclülər dəstəsində qalmaq şansı əldə edib.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0