“Sumqayıt” “Xəzər Lənkəran”la oyuna itkilərlə hazırlaşır
17.12.2013 - 21:26
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" bir günlük istirahətin ardından məşqlərə start verib. Apasport.az saytının məlumatına görə, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni kompleksdə növbəti məşqini keçirib.
Zədəli olan Ruslan Qurbanov, Vurğun Hüseynov və Orxan Əliyev hazırlığa qatılmayıb. Zədəsini sağaltmış qapıçı Tərlan Əhmədli isə artıq kollektivlə birgə məşqlərə başlayıb. Komanda məşqi iki tərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu dekabrın 20-də saat 15:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.
Mənbə: sumqayitpfc.az

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0