Mahir Məmmədov: Tənqidi fikirlər səsləndirildi
18.12.2013 - 12:38
“İclas çox maraqlı alındı, hər kəs öz fikrini bölüşdü”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədov söyləyib.
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla yeni 2 illik müqavilə imzalanması məqbul görülüb. Məmmədovun sözlərinə görə, iclasda millimizin çıxışı ilə bağlı tənqidi fikirlər də səsləndirilib: “Ancaq yekdil nəticə Foqtsun qalması yönündə oldu. AFFA prezidenti Rövnəq Abdullayev də almaniyalı mütəxəssisin işindən razılığını ifadə etdi. Baş məşqçinin qarşısına yeni şərtlər qoyulmaqla, müqaviləsinin müddətinin uzadılmasına qərar verildi”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0